Günün Aforizmi

Son güncelleme:
  • ALLAH elə bir şahiddir ki,oğru hələ oğruluq etməmiş O onu görüb.
    Baurcan Toyşibekov
0 0 0
  • "Neylərəm ol cənnəti, içində dildar olmasa?!
    Qoy onu viranə qalsın - bağçada bar olmasa".

    Xətai
0 0 0
  • "Mən kasıbçılığın üzündən ali təhsil də ala bilməmişəm, öz pulu ilə Rusiyada və Qərbi Avropada təhsil alıb və bu gün özünü bolşevik kimi qələmə verən sizləri nə adlandırmaq olar?"

    Rəsulzadə, "Açıq söz" qəzeti, 24 avqust 1917
0 0 0
  • "Hər həvəskar qələmin qədrini bilməz, onun qiymətini yalnız xəttatlar anlar!"

    Mir İmad
0 0 0
  • "Bütün insanlar ləyaqət və hüquqlarına görə azad və bərabər doğulurlar. Onların şüurları və vicdanları var və bir-birlərinə münasibətdə qardaşlıq ruhunda davranmalıdırlar".

    İnsan və vətəndaş hüquqları Bəyannaməsinin I maddəsi
0 0 0
  • "Ana insaniyyətin məşəl aparanıdır".

    Yusif Vəzir Cəmənzəminli
0 0 0
  • "Ölüm var ki, həyat qədər dəyərli,
    Həyat var ki, ölümdən də zəhərli".

    Hüseyn Cavid
0 0 0
  • "Arzu fikrin atasıdır".

    V.Şekspir
0 0 0
  • "Cənablar və ey millət. Bilin və agah olun ki, Türkiyə dərvişlər, şeyxlər və müridlər ölkəsi ola bilməz".

    Atatürk
0 0 0
  • "Söyləyən gedəcək, sözü qalacaq,
    Ədalət nağılın el doğduracaq,
    Zülm evi ədlinən bərbad olacaq,
    Səmədi qarşıda görəcək düşmən".

    Səməd Behrəngi
0 0 0
  • "İslam tezliklə Avropanın dininə çevriləcək".

    Muəmmər Qəddafinin Romadakı çıxışından
0 0 0
  • "Hər sayılan şey bitər, hər gözlənən gəlib çatar".

    Əli ibn Əbu Talib
0 0 0
  • "Zaman keçsə də, nəticə geciksə də, səbr edən mütləq qələbə çalar".

    Əli ibn Əbu Talib
0 0 0
  • "Yazıçı həyati toqquşmaların böyük salnaməçisidir"
    Onore dö Balzak
0 0 0
  • "Zahirin pək gözəl, fəqət nə çıxar,
    Oynaşır batilində şeytanlar".

    Hüseyn Cavid
0 0 0
  • "Bütün insanlar onun hakimiyyətindən yaxşılıq gözləyir".

    Venesiya səfiri Bartelemeo Kontari Sultan Süleyman barədə
0 0 0
  • "Böyük bir çayın ortasında öz qayığını devirən şəxs dəlidir"

    Mobutu Sese Sekonun ən sevimli sitatı
0 0 0
  • "Mənim bir fərd kimi formalaşmağımda və sonradan dövlət xadimi olmağımda Heydər Əliyevin müstəsna rolu olub".

    Ayaz Mütəllibovun APA-ya müsahibəsindən
0 0 0
  • "Mənim Aybənizim, mənim qız balam
    Hünərdə, namusda Aygün olaydı".

    Səməd Vurğunun "Aygün" poemasından
0 0 0