Günün Aforizmi

Son güncelleme:
  • "Milli suverenlik hüququ xalqa məxsus olub, onun nümayəndələri vasitəsi ilə və referendum yolu ilə ifadə edilə bilər".

    Fransa Konstitusiyası, maddə 3.
0 0 0
  • "Dünyanın behişti Azərbaycanım
    İştaha gətirdi qəsbkarları,
    Yağlı quyruq gəzən canavarları".

    Xəlil Rza
0 0 0
  • "Lazımsa cəhalətlə güləşmək,
    Bir çarə var ancaq: yeniləşmək".

    Hüseyn Cavid
0 0 0
  • “Haqq quldan intiqamı qul ilə alar
    Dini irfan bilməyən bunu qul etdi sanar.”

    Mövlana Cəlaləddin Rumi
0 0 0
  • "Gözəl sevimlidir, cəllad olsa da;
    Sevgi xoşdur, sonu fəryad olsa da,
    Uğrunda mənliyim bərbad olsa da,
    Son dildarı gözəllikdir, sevgidir."

    Hüseyn Cavid
0 0 0
  • "Bakılı gənc dünyanı fəth edir".

    "Oqonyok jurnalı" M. Maqomayev haqda
0 0 0
  • Ayrılıq nə yaman dərd imiş, aman!
    Sənsiz halım gündən-günə pərişan,
    Vüslət dəmlərini anar də hər an,
    İzlər yollarını yorğun gözlərim..."

    Hüseyn Cavid
0 0 0
  • "Rahat yat, Azərbaycan xalqının qəhrəman oğlu, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaq".

    Mehdi Hüseynzadənin baş daşı üzərindəki yazı
0 0 0
  • "Bizim bütün təbii sərvətlərimiz xalqa məxsusdur və bu sərvətlərdən istifadə olunmasında heç kəsin müstəsna haqqı yoxdur."

    Heydər Əliyev
0 0 0
  • "Buna tam əmin ola bilərsiniz ki, türklərin ermənilərə qarşı qətliam törətməsi barədə xəbərlər yalan və uydurmadan başqa bir şey deyil".

    Atatürkün 1923-cü ildəki müsahibəsindən
0 0 0
  • "Mənim siyasətçilərdən bir üstünlüyüm var: onlar ictimaidir, mən isə populyar".
    Maradona
0 0 0
  • ""Molla Nəsrəddin"i təbiət özü yaratdı, zəmanə özü yaratdı".

    Cəlil Məmmədquluzadə
0 0 0
  • "Düşmənin qaraciyəri uğur gətirir".

    Bokassanın kannibalizmdə ittiham edilməsinə qarşı gətirdiyi dəlil
0 0 0
  • "Bu müqavilə Azərbaycanın işğalını asanlaşdırır və ölkəni təhlükə altında qoyur".

    Topçubaşovun Türkiyənin xarici işlər nazirinə məktubundan
0 0 0
  • "Hərə bir cür daşıyır söz yükünü Pünhanın,
    Kimi dürdanə kimi, kim də palan şəklində".

    Baba Pünhan
0 0 0
  • "Gəlin gəzək, bu da yaxşı güzərdir,
    Mələşsə də kərə qoyun, ağ quzu,
    Məncə bundan daha xoşdur, gözəldir,
    Naxçıvanın duzu, qızı, qarpızı."

    İslam Səfərli
0 0 0
  • "Adəmi adəm eyləyən paradır,
    Parasız adəmin üzü qaradır."

    Sabir
0 0 0
  • "Bir axmaq 10 ağıllının cavab tapa bilməyəcəyi qədər sual ortaya qoya bilər".

    Lenin
0 0 0
  • "Bir kərə yüksələn bayraq, bir daha enməz".

    M.Ə.Rəsulzadə
0 0 0