"Söz bir incidir ki, onun dənizi könüldür və könül bütün mənaları özündə toplar. Necə ki, dalğıclar dənizdən gövhərləri çıxarır və onlara zərgərlər yanında qiymət verilir".
"Bakının 50 minlik qoşun və texnika ilə birlikdə kiçik bir qüvvənin həmləsi qarşısında süqutu başqasının fəlakəti üzərində öz xoşbəxtliyini qurmaq istəyənlərə ibrət dərsi olmalıdır".
"Yaxın və Orta Şərq professional musiqisi üçün Ü. Hacıbəyovun yaradıcılığı böyük bir məktəbdir. Bu məktəbi hələ çoxları keçəcək, bu məktəbdən çoxları öyrənəcək".
Fikrət Əmirov
"Əsl hərbi görkəmi və nümunəvi nizam-intizamı ilə hamıda güclü təəssürat yaradan dəstə zəngin hərbi qənimətlə Lənkəran və Muğanı əzizimiz Azərbaycanın ağuşuna qaytardı, zülm və anarxiyadan əziyyət çəkən əhalini sakitləşdirdi və əmin-amanlığı təmin etdi".