Kartof əzməsi

Son güncelleme: 11.03.2010 21:39
  • Tərkibi:

    800 qr kartof, 100 qr üzlü süd, 100 qr yağ, 2 yumurta, 100 qr qoyun pendiri və ya motal şoru, 40 qr müxtəlif göyərti (keşniş, şüyüd, göy soğan), duz və istiot zövqə görə.
    Hazırlanma qaydası:

    Yumurta bərk bişirilir, qabıqdan təmizlənir və xırda doğranılır. Kartof suda bişirilir, qabıqdan təmizlənir, üzərinə isti süd tökülüb əzilir. Əzilmiş kartofa yumşaldılmış yağ, ovulmuş qoyun pendiri və ya motal şoru, xırda doğranmış göyərti və yumurta əlavə edildikdən sonra birgə əzilib qarışdırılır. Kartof əzməsinin yanında süfrəyə müxtəlif kolbasalar, qızarddılmış balıq, tutmalar, sirkəyə qoymalar və s. verilə bilər.
#11.03.2010 21:39 0 0 0