Cəbhə xəttində atəşkəsin ermənilər tərəfdən pozulması davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 22-də saat 13.35-dən 14.00-dək Goranboy rayonunun Gülüstan və Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 13.35-dən 14.00-dək Tərtər rayonunun rayonunun Talış kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.