Ceyhunun yuxusu

Son güncelleme: 12.04.2010 00:08
  • Bu necə dəhşətdir,
    bu necə yuxu?
    Çökmüşdür uşağın
    qəlbinə qorxu.
    Bir canavar çıxır
    kolluq içindən.
    Dişi şaqqıltıyla
    dişinə dəyir,
    Keçib oğrun-oğrun
    yolun içindən
    Elə ulayır ki,
    meşə titrəyir. Anası tənhadır
    İnsanlar hanı?
    Səssizcə bağırır
    yuxuda Ceyhun.
    Açıb o canavar
    qanlı ağzını
    Indi anasını
    udacaq onun!
    Canavar gözündə
    od-atəş yanır
    Uşağın yaş axır
    yanaqlarından.
    Sürünüb canavar
    birdən tullanır,
    Havada qan sızır
    caynaqlarından.
    Anası torpağa
    yıxılır bu vaxt
    Bu nədir, dağlarda
    haydı-haraydı?
    Yuxunun içində
    düşünür uşaq
    Kaş bu doğrudan da
    yuxu olaydı.
    Ana haray çəkib
    "Ceyhunum" - deyir:
    - Ay ana, nə oldu?
    Ana, sağmısan?
    Açıb qollarını
    Qucmaq istəyir.
    Uşaq tər içində
    oyanır bu an.
    Səhərdir
    Gün çıxıb
    Bu necə sirdi?
    Uşağın bədəni
    tir-tir əsirdi.
    Danışmaq istəyir
    tutulub dili
    Bunu necə desin
    öz nənəsinə?
    Elə bil qırmızı
    bir bulud gəlib
    Qonmuşdu onların
    pəncərəsinə.

    Nebi Xezri
#12.04.2010 00:08 0 0 0