İspanaq və kələm kimi tərəvəzlər şəkər xəstəliyinə tutulmaq riskini azalda bilər.
İngiltərədəki Leicester Universitetindən Patrice Carter və qrupu yetkinlərdə tərəvəz-meyvə yemək və tip 2 diyabet arasındakı əlaqəni araşdırmaq üzrə ABŞ, Çin və Finləndiyədə 220 min adamın qatıldığı 6 araşdırmanın nəticələrini araşdırıldı.
Elm adamları gündə yarım boşqab (təxminən 120 qram) daha çox yaşıl yarpaqlı tərəvəzlər (kələm, ispanaq, kahı, brokoli, və s.) yeməyin şəkər xəstəliyinə tutulmaq riskini 14% azaltdığı, həm meyvə, həm də tərəvəzin artırılmasının isə əhəmiyyət verilməyəcək qədər az olduğunu təyin edilib.
İngilis Tibb Jurnalında nümayiş olunan araşdırmada, mövzunun müzakirə olunduğunu vurğulayan elm adamları, bu tərəvəzlərdəki antioksidant və maqnezium miqdarının bu təsiri təmin edə biləcəyini dedi.
-''Bəzi bitkilərin suyu, şəkər xəstəliyinin qarşısını ala bilər''-
Çində, siçanlar üzərində edilən başqa bir tədqiqat bəzi bitkilərin suyunda olan emodin maddəsinin tip 2 diyabetin təsirini azalda biləcəyini aşkar etdi.
Elm adamları indi bənzər təsiri təmin edə bilən sintez məhsulları və bunların müalicədə istifadə edilib-edilməyəcəyini araşdıracaq.