Toyuğun döş ətindən zapekanka

Son güncelleme: 10.04.2011 00:46
  • noimage

    Lazım olan ərzaqlar:

    2 baş oğan

    1-2 əd. toyuğun döş əti

    təxminən 4 əd. kartof

    holland pendiri

    tomat pastası

    xama

    duru yağ

    duz və istiot

    Hazırlanması:

    Soğanları uzun doğrayıb tavada azcana qızardırıq


    Toyuğun sinəsini xırda doğrayıb tavaya əlavə edirik


    Üzərinə duz və istiot əlavə edib bişməyənə qədər qızardırıq (alaçiy)



    Holland pendirini rəndədən keçirdirik



    Sobaya qoymaq üçün tavaya yumru doğranılmış kartofları düzürük



    Duz və istiotlayırıq



    Üzərinə o biri tavada qızardılmış toyuq-soğan qarışığını əlavə edirik



    Onun da üzərinə yenə kartof düzülür, istiot və duz vurulur


    Sonra isə, təxminən 1 xörək qaşığı tomat pastası və bir o qədər də xamanı bir-birinə qarışdırıb bir məhlul hazırlayırıq. O məhlulu tavadakıların üzərinə yayırıq

    Üzərinə rəndələnmiş holland pendiri səpilir



    Tava sobaya qoyulur və 180 dərəcədə 20-30 (çox da çəkə bilər) dəqiqə bişir.


    Nuş olsun!
#10.04.2011 00:46 0 0 0