Zapekanka terifi ve terkibi -Zapekankanın hazırlanışı
Tərkibi:
Terevezli toyug döshemesi
300 q toyuq filesi
300 q badımcan
300 q bolqar bibəri
150 q soğan
100 q yerkökü
500 q kartof
2 x.q. kərə yağı
50 ml süd
100 q pendir
duz
istiot
bitki yağı
Kartofu təmizləyin, suda bişirin. Badımcanı kubik doğrayın. Əgər badımcanlar acıdırsa, üzərinə duz səpib 30 dəqiqə saxlayın, sonra soyuq su ilə yuyun.
Soğanı xırda doğrayın.
Yerkökünü sürtgəcin orta gözündən keçirin. Bolqar bibərinin toxumlarını təmizləyin, saman kimi doğrayın.
Fileni xırda doğrayın.
Bitki yağında soğanı qızardın. Yerkökü əlavə edib qovurun. Fileni əlavə edib 5 dəqiqə qızardın. Bibər əlavə edin. Badımcanları əlavə edib, duz-istiot vurun, 10 dəqiqə qovurun.
Kartofa yağ və süd, duz, istiot əlavə edib püre hazırlayın.
Pendiri sürtgəcin orta gözündən keçirin.
Siniyə ət və tərəvəz qarışığını döşəyin. Hamarlayın. Üzərinə kartof püresini döşəyin. Hamarlayın. Üzərinə pendir səpin.
180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.
Tərkibi: Etirli toyug döshemesi
1 kq toyuq filesi
2 baş soğan
3 turş alma
100-150 q pendir
mayonez
Toyuq filesi və soğanı ət maşınından keçirin. Duzlayıb-istiotlayın, ədviyyat vurun (zövqə görə), yağlanmış siniyə döşəyin. Üstündən sürtgəcin iri gözündən keçirilmiş alma döşəyin. Sonra isə pendiri sürtgəcdən keçirib üzərinə səpin, mayonezi bütün səthinə yaxın.
200 dərəcə qızdırılmış sobada təxminən 1 saat bişirin.