Qabaqlı zapekanka

Son güncelleme: 19.06.2012 23:28
  • Qabaqlı zapekanka terifi ve terkibi - Qabaqlı zapekankanın hazırlanması

    noimage

    Tərkibi:

    1 kq qabaq
    500 q qiymə
    200 q soğan
    5 x.q. tomat pastası və ya ketçup
    150 q pendir
    bitki yağı
    duz
    istiot

    Soğanı xırda doğrayın. Bitki yağında qızardın. Qiymə əlavə edib 5-7 dəqiqə qovurun. Tomat pastası, duz, istiot əlavə edib daha 5-7 dəqiqə qovurun.

    Əgər qabağın qabığı bərkdirsə, onu soymaq lazımdır. Qabağı 5 mm qalınlıqlı dilimlərə doğrayın.

    Pendiri sürtgəcin orta gözündən keçirin.

    Siniyə (ölçüsü 15x20 sm) bir cərgə qabağın 1/3-ni düzün. Azca duz səpin. Bunun üstünə qiymənin yarısını döşəyin.

    Qiymənin üstünə yerdə qalan qabağın yarısını düzüb azca duz səpin. Sonra qiymənin qalanını, lap sonda isə yenə də qabaq döşəyin.

    Üstünə pendir səpib sobaya qoyun. Sobanı əvvəlcədən qızdırmaq lazım deyil. 180 dərəcə temperaturda 30-35 dəqiqə bişirin.

    Bir az soyuyandan sonra kəsib boşqablara çəkin.

    Nuş olsun!
#19.06.2012 23:28 0 0 0