Xeyir əməl

Son güncelleme: 12.04.2011 18:21
  • Xeyir əməl

    noimage

    Peyğəmbərin (s.a.s) səhabələri həmişə Ondan (s.a.s) əməllərin ən xeyirlisini, ən fəzilətlisini və ən əhəmiyyətlisini soruşardılar ki, düzgün əməllərlə ALLAHu Təalaya yaxınlaşsınlar və ALLAHın rizasını qazansınlar.
    Müsəlman şəxs daim xeyir əməllərə can atır, həmişə savab qazanmaq üçün yaxşı əməllər görmək istəyir. Saleh əməllər və işlər çoxdur, lakin İslam ümmətinin həmişə axtardığı əməl daha çox savabı və ən böyük mükafatı olan əməl olub. Halbuki, İslam ümmətinin bu günə kimə ən çox ehtiyac duyduğu, xeyir əməllərin düzgün seçimi olubdur.

    Xeyir işlər nə qədər çox olsa da, bir iş görməzdən əvvəl həmin işin nə qədər əhəmiyyətli olduğunu dərindən düşünmək lazımdır. Bir xeyir əməlin savabı o biri xeyir əməldən yüksək ola bilər, ancaq müəyyən zamanda və məkanda savabı az olan əməl o birisindən daha əhəmiyyətli ola bilər. Əslində xeyir əməllərin mükafatını və savabını bizlər yalnız Qurani Kərim və Peyğəmbərimizin (s.a.s) hədisləri vasitəsilə bilirik. Xeyir əməlləri ümmətinə öyrədən haqq Peyğəmbər Muhəmmədin (s.a.s) hədislərinə nəzər yetirsək görərik ki, O (s.a.s) əməlləri rütbələrinə, savablarına və yaxud əhəmiyyətinə görə müxtəlif şəkildə düzüb. Məsələn bir hədisdə rəvayət olunur ki; Peyğəmbərimiz (s.a.s) belə buyurmuşdur; "İmanın yetmiş və bir neçə şöbələri (dərəcələri) var. (Bunların) Ən yüksəyi (üstünü) Lə İləhə İlləl-lah (ALLAHdan başqa İlahın olmadığına inanmaq), ən aşağı (təbəqədə) olanı, yolda (insanlara) əziyyət verən bir şeyi uzaqlaşdırmaqdır" Bunun kimi bir çox hədislərə rast gəlmək olar və müxtəlif cür xeyir əməllərin müxtəlif formada izah olunduğunu görərik. Allahu Təala da Qurani Kərimdə bəzi əməlləri bəzilərindən üstün tutmuşdur. Məsələn Tövbə surəsində ALLAHu Təala buyurur ki;(Məgər siz hacılara su verməyi və Məscidülhəramı tə'mir etməyi ALLAHa və qiyamət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eynimi tutursunuz? Onlar Allah yanında eyni olmazlar. ALLAH zalım tayfanı doğru yola yönəltməz! İman gətirib hicrət edənləri,ALLAH yolunda malları və canları ilə vuruşanları ALLAH yanında ən yüksək dərəcələr gözləyir. Onlar nicat tapanlardır (xeyrə qovuşanlardır) (Ət-Tövbə 19-21)

    Peyğəmbərin (s.a.s) səhabələri həmişə Ondan (s.a.s) əməllərin ən xeyirlisini, ən fəzilətlisini və ən əhəmiyyətlisini soruşardılar ki, düzgün əməllərlə ALLAHu Təalaya yaxınlaşsınlar və ALLAHın rizasını qazansınlar. Xeyir əməllərin ən önəmlisini və əhəmiyyətlisini seçdikdə, əlbəttə şəriətin hökmlərinə, qanun və meyarlarına riayət etmək lazımdır. Həmçinin hər bir işi səviyyəsinə və rütbəsinə görə ədalətlə görmək lazımdır. Ona görə də əhəmiyyətsiz işi əhəmiyyətli işdən əvvəl, əhəmiyyətli işi daha önəmli işdən əvvəl, bəyənilən işi daha xeyirli işdən əvvəl görmək olmaz. Böyük iş alçaldılmamalı, kiçik iş böyüdülməməlidir. Öndə dayanması gərək olanı arxaya, arxada duranı isə səbəbsiz önə gətirmək olmaz. (Göyü O, ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu! Ona görə ki, çəkidə həddi aşmayasınız (insafı əldən verməyəsiniz).

    Tərəzini düz tutun, çəkini əskiltməyin! (Çəkidə insaflı olun, tərəzini korlamayın!) (Ər-Rəhman, 7-9)


    Alıntı...
#12.04.2011 18:21 0 0 0