Azərbaycanlı pianoçu Berlində vəfat edib

Son güncelleme: 16.04.2011 04:18
  • Azərbaycanlı pianoçu Berlində vəfat edib

    noimage

    Tanınmış musiqiçi, pianoçu, Bakı Caz Mərkəzinin art-direktoru Emil İbrahim srağagün səhər 37 yaşında dünyasını dəyişib. Musiqiçi xeyli vaxtdan bəri xərçəngdən əziyyət çəkirmiş və Berlinə müalicə üçün gedibmiş. Lakin müalicəsi bir nəticə verməyib.

    Bakı Musiqi Akademiyasının məzunu olan Emil İbrahim Bakıda doğulmuşdur. Bəstəkar İbrahim Məmmədovun oğludur. Qardaşı, klassik pianoçu Elçin Məmmədov da caz musiqisində tanınan isimlərdən biridir.

    Emil İbrahim caz, xalq musiqisi, klassika və latino sintezində işləyən musiqiçi kimi tanınırdı. Onun müəllif mahnıları bir çox filmlərdə və teleproqramlarda səslənib. Musiqi festivallarında uğurla çıxış etmiş, bir sıra layihələrin prodüseri olmuşdu.
#16.04.2011 04:18 0 0 0