Ballı Çörəklər

Son güncelleme: 22.04.2011 09:33
  • Ballı Çörəklər

    noimage


    Təxminən 27-30 çörək üçün

    115 qram kərə yağı
    1 stəkan süd
    yarım stəkan bal
    yarım stəkan ilıq su
    2 paket (hər paket 7 qram olmaq şərtilə) quru maya
    2 xörək qaşığı şəkər tozu
    2 çay qaşığı duz
    2 yumurta - azca çalın
    6 stəkan - 6 stəkan yarıma qədər un
    üstünə sürtmək üçün kərə yağı

    Bir qazanda kərə yağını əridin və kənara çəkin. Üstünə süd və balı əlavə edib qarışdırın.

    Bir qabda (ləyəndə) su, maya və şəkəri qarışdırın. Qoyun kənarda 7-8 dəqiqə ərzində qalsın. Südlü qarışığı mayalı qarışığa əlavə edin. Qarışdırın. Yumurtaları əlavə edin. 4 stəkan un və duzu əlavə edib qarışdırın. Qalan unu da əlavə edib yumuşaq, lakin ələ yapışmayan xəmir əldə edənədək yoğurun. (DİQQƏT - unun hamısını birdən əlavə etməyin, çünki bəlkə 6 stəkan un kifayət olar).

    İri qabın içini azca duru yağla yağlayıb hazırladığınız xəmiri qaba yerləşdirin. Üstünü örtüb 1 saatlığına gəlməsi üçün kənara qoyun. Bİr saat sonra yumruğunuzla xəmirin üstünə basın ki, xəmirdə yığılan qaz çıxsın. Sonra yenidən üstünü örtüb bir saat daha gəlməsini gözləyin. Gəlmiş xəmiri bir az yoğurub eyni ölçüdə olan yumru kündələrə ayırın.

    Kündələri 22 X 33 sm ölçüsü olan yağlanmış listə (kənarları bir az hündür olan) yan-yana düzün - kündələr bir birinə cox yaxın olmalıdırlar. Listi 1 saatlığına kənara qoyun ki, kündələr şişsin.

    Sobanı 190C dərəcəyədək qızdırın. Çörəkləri 25 dəqiqə ərzində, və yaxud üstləri qızaranadək bişirin. Sobadan çıxan kimi, çörəklərin üstünə kərə yağı sürtün. Bu, çörəklərin üstünü həm yumuşaldacaq, həm də parlaq edəcək.

    Nuş Olsun!
#22.04.2011 09:33 0 0 0