Tanınmış dizayner və modelyer Roberto Cavalli "Timewear" və "Just Cavalli" bütün mövsümlər üçün dəbli xanımlara müxtəlif aksessuarlar təklif və təqdim edir. Şübhəsiz ki, bu aksessuarların sırasında müxtəlif daş-qaşlı qolbaqlar, boyunbağılar, brilyant bilərziklər, üzüklər, sırğalar, kəmərlər və sairə bəzək əşyalarının öz yeri var.
Amma son illər bu aksessuarların sırasında müxtəlif qol saatlarının xüsusi yeri var. Əlbəttə, qol saatları termini bir qədər şərtidir. Saat aksessuarların tərkibi, forması və dizaynı çox müxtəlifdir. Belə saatlar boyun, qol, cib, üzük və sair saatlar da ola bilər. Üzük daşında qeyri-adi saat növü elit xanımların ən sevimli aksessuarıdır. Bu saatların markası "Queen Rinq" firmasına məxsusdur. Əsası odur ki, bu saatlar hər dəbli insana bir yaraşıq, gözəllik və səmimilik gətirsin. Bu sadaladığımız saatlar müxtəlif rəngli və daş-qaşlı ola bilər.
Bunların müasir və klassik formaları da mövcuddur. Belə saatları həm adi iş günlərində, həm də müxtəlif ziyafətlərdə taxmaq olar.
Bu yerdə müxtəlif dəbli saat növlərini icad edən tanınmış dizaynerlərin adını çəkmək də yerinə düşər. Roberto Cavalli "Timewear" və "Just Cavalli" bərbəzəkli saatlarını xüsusi qeyd etmək lazımdır. Onun bəzək saatları ilə hər hansı bir məclisə getsəniz, daima göz qabağında olacaqsınız.
Maestro Roberto Cavalli ən gözəl bəzək saatlarının xüsusi ustasıdır. Onun saatları gənclərin diqqətini xüsusi cəlb edir. Yaşlı xanımlar da dəfələrlə qeyd edib ki, bu ustanın saatları onları ruhən cavanlaşdırır, gənc və cazibədar göstərir.
Əziz xanımlar, dəbli görünmək istəyirsinizsə, sadaladığımız saatlardan istifadə edin.
Unutmayın, saatlar ömrü qısaltmır, əksinə gözəlləşdirir.