Yaz mövsümünün möcüzəli meyvəsi Çiyələk

Son güncelleme: 25.05.2011 00:23
  • noimage

    Yaz aylarının sevilən meyvəsi çiyələk, ləzzətlə yanaşı həm də bədənə bir çox fayda verir...

    C, B və K vitamini baxımından da zəngin olan çiyələk, bədənə qüvvət verir, xolesterolu salır və damar problemlərini önləyir.

    Eyni zamanda çox yaxşı bir antioksidan olan çiyələk immunitet sistemini də gücləndirir. Xərçəngə qarşı qoruyucu xüsusiyyəti olan, həzm sisteminin nizamlı işini təmin edən çiyələyin faydaları bu şəkildə sıralanır:


    Kilo itkisi:
    Çiyələyin içindəki metobolizmayı sürətləndirici fenolik antioksidanlar iştahın azalmasını təmin edib, qan şəkərini idarə altına alaraq adamın zəifləməsini təmin edir.


    Xroniki xəstəliklərə qarşı qoruyucu:
    Çiyələkdə olan ellagic turşu və COX fermentləri yaraların və iltihablanmaların sürətlə yaxşılaşmasında əhəmiyyətli rol oynayır, xroniki xəstəliklərə qarşı da qoruyucu təsir təmin edir.


    Ürəyi qoruyur:
    Çiyələyə qırmızı rəngini verən maddə infarkt riskini salır və damarlardakı qan təzyiqini tənzimləyir. Damarları qoruyur.



    Ağciyər xərçənginin inkişafını önləyir:
    Çiyələk sununda olan anti-şiş maddələri, ağciyər xərçəngi hüceyrələrinin inkişafını önləyir. Təcrübələr çiyələyin beynin yaşlanmasını gecikdirdiyini də ortaya qoydu.

    Xərçəngə qarşı qoruyucu və irəliləməsini önləyici xüsusiyyətlər daşımasının yanında, immuniteti gücləndirən və qida dəyəri yüksək olan çiyələk; uşaq iflici, ağız və dəri yaralarını meydana gətirən bəzi viruslar üçün öldürücü təsirə də sahibdir.


    Çiyələyin digər faydaları:
    Dəridəki sızanaq və aknelərə yaxşı təsir edir.
    Sidik sökdürücü, romatizm və gut xəstəliyi ağrılarını azaldıcı təsiri var.
    Sinirləri qüvvətləndirib, bağırsaq qurdlarını tökər və sağaldar.
    Ancaq çox güclü bir qida olduğu üçün bəzən allergiyaya səbəb ola bilər.


    Qanı təmizləyər.
    Diş ətlərini gücləndirər və ağız qoxusunu aradan qaldırar.
    Sakitləşdirici təsiri ilə təzyiqi salar və stressi azaldar.
    Atəşi salar.
    Romatizm və qaraciyər narahatlıqlarına yaxşı təsir edir.
    Dərini nəmləndirər, təzəlik və gözəllik verər.



    Ayrıca çiyələkdə digər meyvələrdə olmayan salisilik turşu vardır. Bu romatizm dərmanının əsas maddəsidir. Romatizm oynaq iltihabı (Artarit) oynaqlarda ürat yığılması (damla xəstəliyi), damar sərtliyi, böyrəkdə qum daş təşəkkülü kimi narahatlıqları önləyər varsa zamanla bunların keçməsini təmin edər.

    Şəkər xəstələrinin də istehlak edə bildiyi çiyələyin 100 qramında 59 mg. C vitamini, (bu nisbət limondan belə çox), 1 mg. natrium, 174 mg. kalium, 21 mg. kalsium var.

    Çiyələyin həzmi çətin olduğu üçün mədəsi xəstə və tənbəl olanların çiyələyin sununu içmələri təklif edilərkən, dəri xəstəliyi olanlarda allergiyaya bağlı olaraq qaşıntıya səbəb ola bilir.

    Çiyələyin yarpaqları da yaxşı qurudulmaq şərtiylə çay istehsalında istifadə edilə bilir.
    Ayrıca çiyələyin kök və yarpaqlarının da faydaları bilinir.

    300 qram çiyələk yarpağı və kökü 1 gecə isladılaraq sabahısı gün 1 litr suda 20 dəqiqə qaynadılıb çay kimi içilsə oynaq iltihabı, damar sərtliyi, təzyiq yüksəkliyi, qarında su toplanması, böyrək və mesane narahatlıqlarında, qum və daş narahatlıqlarında xəstələrə fayda verir.



    Ləkəsiz olanları seçin
    Çiyələk satın alarkən; canlı qırmızı rəngli və ləkəsiz olanları seçin. Satın aldıqdan dərhal sonra istehlak edin.

    Soyuducunda 1-2 gün saxlayacaqsınızsa, saplarını qoparmadan və yumadan geniş bir kasa içində saxlayın. Çiyələkləri yuyarkən saplarını ayırd edin.

    Təzə olaraq süfrədə faydalanılmasının yanında çiyələyin tortu, cemi, marmeladı, kompotu, dondurması, şirəsi və likörü də edilə bilər.
#25.05.2011 00:23 0 0 0