İslam dinində insana hörmət,vətənə sevgi,düşməninə qarşı ədalət prinsipləri mühüm yer tutur.Başda Hz.Muhammədin(s.ə.s) zamanında olmaq üzrə,tarix boyunca İslam birlikləri qeyri-müsəlmanlara qarşı yaxşılıq və ədalətin nümunələri olmuşlar.Keçən 1400 ilin tarixi digər ölkələrdə zülmə məruz qalan Xristyanların və Yəhudilərin Müsəlmanların mərhəmətinə sığınmalarını bizlərə açıqca göstərdi.Müsəlmanlarda olan bu gözəl əxlaq Allahın bizlərə olan sonsuz nemətinin göstəricisidir.
Dinimiz bizlərə əl tutmağı öyrədir.Necə ki,Peyğəmbərimiz(s.ə.s) hədislərinin birində buyurmuşdur:"Kim bir mömin qardaşının bu dünyaya aid bir müşkülünü həll edərsə,Cənabi-Allah da onun axirətə aid bir sıxıntısını yox edər.Yenə kim iman sahibi olan bir qardaşının ehtiyacını ödəyərsə,lütf,mərhəmət və gözəlliklər sahibi Allahu-Teala da onun ehtiyacını ödəyər.Kim də inanmış bir qardaşının hər hansı qüsurunu gizləyərsə,qüsurları örtüb basdıran Uca Allah da onun dünya və axirətdə qüsurlarını örtər.Unudulmasın ki,bir kəs mömin qardaşının yardımında olduğu müddət ərzində Allah da onun yardımındadır".
İslam dini bizlərə səbr və şükr etməyi öyrədir.Qurani-Kərimdə də Allahu-Teala səbr edənlərlədir buyurmaqdadır.Hz.Muhamməd(s.ə.s):"Səbr hadisənin sarsıntı təsiri göstərdiyi ilk anda göstərilən təhəmmüldür" buyurmuşdur.Başqa bir hədisdə isə Peyğəmbərimiz(s.ə.s) belə buyurmuşdur:"İman iki hissədən ibarətdir:yarısı səbr,yarısı şükrdür".Səbr sahəsində insanın çətinliklərə qarşı dözümü artır,pis gündə və darlıqda Allahı zikr etməyi unutmur.Qıldığımız namaz,tutduğumuz oruc,verdiyimiz zəkat,etdiyimiz cihadda səbrin bir göstəricisidir.
İslam dini bizə namaz qılmağı,oruc tutmağı,zəkat verməyi,həccə getməyi öyrətdi.Bunlardan daha gözəl bir şey ola bilərmi? Peyğəmbərimiz(s.ə.s) "namaz dinin dirəyidir" buyurub.Axirətdə bizdən ilk soruşulacaq ibadətdir namaz.Sevgili Peyğəmbərimiz(s.ə.s) və səhabələri Bədr savaşının ən şiddətli anında belə namazı tərk etmədilər.Namaz qılındığında ən çox savab qazandıran,tərk edildiyində isə ən böyük əzaba səbəb olan bir ibadətdir.Peyğəmbərimizə(s.ə.s) "Allahın ən çox sevdiyi əməl hansıdır?" deyə soruşanda,"Vaxtı gələndə qılınan namazdır" buyurdu.Bu hədis göstərir ki,namazdan üstün bir ibadət yoxdur.Rəbbimiz bu haqda belə buyurur:"İman edən qullarıma söylə:Namazı dogru qılsınlar..."(İbrahim:31).
Oruc da üzərimizə fərz buyurulan ibadətlərdən biridir.Allah(c.c) bu ibadətin mükafatını bilavasitə özü verəcəyini qullarına vəd edir.Allahdan başqa heç kəs orucun savabını müəyyənləşdirə bilməz.Oruc müsəlmanın Rəbbi ilə səmimi münasibətinin əlamətidir.
Oruc bədənin gümrahlığı və sağlamlığı üçün qızıl reseptdir.
Orucun əhəmiyyətini aşağıdakılarla müəyyənləşdirmək olar:
1. Ruh və bədənin istirahətini təmin edir.
2. Bədənin xəstəliklərə qarşı müqavimətini artırır.
3. İnsana yaradılış qayəsini xatırladır.
4. Pis və haram işlərdən uzaq durmağı vərdiş halına gətirir.
5. Oruclu insan mələklərə xas xüsusiyyətlər qazanır:yemir,içmir,şəhvani işlərdən uzaq durur,ibadətlərə daha çox önəm verir.
6. İnsana yalnız Allah qarşısında aciz olduğunu öyrədir.
7. İradəni gücləndirir.
8. İnsana səbrli olmağı öyrədir.
Əlbəttə orucun xeyiləti çox olduğundan biz yalnız bəzilərinə toxunduq.
Zəkat bizə kasıba əl tutmağı,yetimin qayğısına qalmağı,şikəsti xatırlamağı öyrədir.Zəngin müsəlmanlar öz mallarından kasıblara zəkat verirlər.Zəkat vermək müsəlmanlar arasında isti münasibətlər yaradır.Zəkatı verilməyən mala haram qatılmış olur.Peyğəmbərimiz(s.ə.s) buyurub:"Mallarınızı zəkat ilə qoruyun".
Həcc ziyarəti müsəlmanlar arasında qardaşlıq bağlarını gücləndirdiyi kimi həm də onların yenilməzliyinin bir ifadəsidir.Dünyanın müxtəlif yerlərindən gələn zəvvarlar bir amal uğrunda birləşirlər.Bu Allaha olan sevginin göstəricisidir.Hz.Muhamməd(s.ə.s) buyurub: "Tanrı qatında qəbul olan həccin qarşılığı yalnız cənnətdir".
Islam dininin gözəl əxlaqları içərisində üzr istəmək,təvazökarlıq,qohumlarla əlaqəni kəsməmək,qonşuya yaxşı davranmaq,qonağa iltifat göstərmək,yalan danışmamaq,aldadılsa belə aldatmamaq,sağlamlıq və boş vaxtın dəyərini bilmək də vardır.Həqiqi din Rəbbimizin Quran ilə bizlərə bildirdiyiQuran əxlaqını tam olaraq yerinə yetirilməsi ilə yaşana bilər.İnsanları dünyada və axirətdə qurtuluşa nail edən də yalnızca Allahın bildirdiyi bu doğru yoldur.Allah(c.c) Quranda belə buyurmuşdur:"Həqiqətən (haqq) Rəbbindən (gələn)dir.Bu halda heç vaxt şübhəyə düşənlərdən olma" (Bəqərə,147).
Bütün bunları bizə İslam dini yəni Allah(c.c) öyrədir.Gəlin bu öyrədilənləri layiqincə qiymətləndirək və öz həyatımıza tətbiq edək."Eşitdim amma itaət etmədim" deyənlərdən yox "eşitdim və itaət etdim" deyənlərdən olaq.