4 porsiya üçün:
Vetçina - 100 qram
Kartof - 12 ədəd
Mayonez - 200 qram
Pomidor - 3 ədəd çerri
Baş soğan - 2 ədəd
Salat - 1 ədəd
Duz - Zövgə uyğun
Pendir - 100 qram
Şüyüd - 1 dəstə
Şampinyon - 400 qram
Hazırlanması:
1.İç hazırlamaq üçün soğan təmizlənir, kub şəklində doğranır.Göbələklər yuyulur, vetçina xırda doğranır. Pendir iri dişli sürtkəcdən keçirilir. Hamısı birləşdirilir. Mayonez əlavə edilir, dzlanır, ədəvalanır, qarışdırılır.
2.Kartof təmizlənir, yuyulur. Hər bir kartof iki hissəyə bölünür.
3.Hər bir yarımkartofun içində çox da dərin olmayan çöküntü yaradılır.
4.Hazır kartof tavanın üstünə qoyulur, iç tökülür. Daha sonra 1 stəkan su əlavə edilir.
5.Yemək 40-50 dəqiqə 200 dərəcəyə qədər qızdırılmış sobada bişirilir.
6. Hazır kartof salat yarpaqları qoyulmuş qaba yerləşdirilir, şüyüd və yarı bölünmüş çerri pomidorları ilə bəzədəilir.
Məsləhət:
Kartofu qabaqcadan yarımhazır vəziyyətə çatana qədər bişirsəz tez hazır olar.