Həzrəti Əlidən kəlamlar

Son güncelleme: 11.07.2011 13:58
  • noimage

    .Ağıllı insanın zənni də gerçək olar.

    .Baxan ibrət götürər,yəni hər kimsə ki,ruzigarın işlərinə ibrət gözü ilə nəzər edə,özü üçün nəsihət qəbul edər.

    .Ədavət qəlb üçün böyük yükdür.Yəni düşmənçilik ürəyi bütün işlərdən geri qoyar.

    .Qəlbi çətin işlərə məcbur etsən,kor olar.

    .Ədəb ağlın sürətidir,yəni ədəbi olan kimsənin ağlı olar.

    .Tamahkar adamın həyası olmaz.

    .Paxıl kimsə günahsız adama da qeyzli olur.



    .Xoşbəxt o kimsədir ki, özündən başqalarının da nəsihətinə qulaq asar.

    .Şər adamda pis eyiblər cəm olur.

    .Çox razılığa gəlməyin və çox ədavətin axırı ayrılıqdır.

    .Özünə çox ümüd olan kimsə istəyinə yetməz.

    .Zülm edən şəxs özünün məhvə doğru aparar.

    .Hər bir udum suda bir əzab və hər bir loxma təamda bir qüssə var.

    .Allahın təqdiri yerinə yetən vaxtda bəndənin tədbiri itir.

    .Allahın qəzavü-qədəri gələn zaman ehtiyat eləmək fayda verməz.



    .Ehsan etmək pis niyyətli adamların dilini kəsər.

    .Şərafət elm və ədəblədir,əsl-nəcabətlə deyil.

    .Əsl-nəcabətin və şərafətin ən yaxşısı xoşhasiyyət olmaqdır.

    .Ən böyük əsl-nəcabət ədəbli olmaqdr.

    .Ehtiyacın betəri axmaqlıdır.Yəni axmaqlıqdan betər ehtiyaç olmaz.

    .Qorxunun və nifrətin daha artıqı xüdpəsənd olmaqdır.Şəxs nə qədər təkəbürlü olursa,başqa adamlar ona o qədər nifrət edir.

    .Ən böyük dövlət ağıldır.Yəni ağıllı kimsə həqiqətdə möhtac deyil,bəlkə də artıq dövlətlidir.



    .Neməti tələf edən şeylərdən çəkin!Ona görə ki,tələf olan nemətin qayıtması müşküldür.

    .Tamah olan başda ağıl olmaz.

    .Allaha üz çevirən adamın dövləti olar.Allahdan üz döndərən adam həlak olar.

    .Faqır olduğunuz vaxt sədəqə verib Allah ilə müamilə ediniz.

    .Hər bir kimsənin tərbiyə üsulu yumşaq olsa,onun övlad və törəmələri tərbiyəsiz olar.

    .Ağıllı kimsənin dili ürəyinin dalında olar.Yəni ağıllı adam qabaqca sözünün yaxşı və pisinifikirləşib sonra danışar.

    .Axmaq kimsənin qəbi dilinin dalında olur.Yəni axmaq adam qabaqca danışıb sonra fikirləşir.



    .Hər kəski, öz iradəsini çiovlaya bilməsə,əcəl ou öz tərəfinə çəkər.

    .İlk nemət sizlərə yetişdiyi zaman axırını şükürsüzlüklə qaçırtmayın.

    .Öz nəfsinin xar və zəlid edən hər bir kimsə,tamahı özünə adət etdi.

    Öz ehtiyaçını xalqa bildirən hər bir kimsə öz zillətinə razı olar.

    .Xar etdi o kimsənin nəfsi ki,dilinə malik olmayıb,dilini özünə əmr və hakim etdi.




    .Simiclik insana ardır.Qorxu isə nöqsandır.

    .Ehtiyac baçarıqlı adamı da öz əqidəsindən döndərər və heç kəs onun sözlərinə inanmaz.

    .Malı az olan kimsə öz vilayətində qəribədir,heç kəs onu tanımaz.

    .Gözəl davranışlar (ədəblər) insana həmişə təzə zinətlərdir.

    .Ürəyi açlıqlıq və üzü gülər olmaq məhəbbətin torudurki, insanları onunla ovlamaq olar.

    .Hər bir kimsə ki,özündən razı ola,onun düşməni çox olar.çünki, təkəbbürlü həmişə başqaların nəzərində zəlil olar.



    .Hər kəsin ki,dünya üzünə gülüb,onu xoşbəxt edərsə başqalarının da yaxşı sifətlərini ona bağışlar və bir kəsdən üz döndərərsə,onu idbar edib,onun yaxşı sifətləini də əlindən alar.

    .İnsanlarla yaxşı davranın ki,bir vaxt dünyadan köç etsəniz,yaxşı sifətlərinizi yada saıb sizin üçün ağlasınlar,yaxud qalsanız sizin tərəfdarlarınız olub sizə əşbət etsinlər.

    .Ey oğul axmaqlarla yoldaşlıq etməkdən çəkin,çünki axmaq sənə yaxşılıq etmək istəsə də,sənə ondan ancaq zərər yetişər.

    .Paxıl adamla dostluq etməkdən uzaq ol.Çünki paxıl şəxs möhtac olduğun şeyi səndən əsirgəyər.

    .Günahkar kimsə ilə yoldaş olmaqdan uzaq ol.Çünki o şəxs səni ucuz olan qiymətə satar.

    .Yalançı kimsə ilə dost olaqdan uzaq ol.Ona görə ki,yalançının məsəli sərab(ilğım) misalındandır.öz yalan sözü ilə uzaq şeyləri sənə yaxın şeyləri uzaq göstətər.

    .Kişinin qədər və hörməti öz səy və çalışqanlıqına görədir.
#11.07.2011 13:58 0 0 0