Kütüm küküsü

Son güncelleme: 09.08.2011 15:14
  • Azerbaycan metbextı - Kütüm küküsü

    noimage

    Hisə verilmiş kütüm - 200 q, göy və ya baş soğan - 35q, keşniş - 15q, şüyüd - 10q, yumurta - 2əd., ağ çörək içi - 30q, ərinmiş yağ - 30q, istiot, duz.

    Hisə verilmiş kütüm balığı suda bişirilir, dərisi və sümüyü çıxarılır. Göy soğan, keşniş və şüyüd yuyulur, xırda doğranır, yumurta, xırda kütüm tikələri, ağ çörək ovuntusu, duz və istiot əlavə edilib yaxşıca çalınır. Bəzən göy soğanı qızardılmış baş soğanla əvəz edirlər. Sonrası göüyərti küküsü kimi hazırlanır. Süfrəyə verilən zaman paxlava şəklində doğranığ üstünə yağ tökülür.

    Nuş olsun..
#09.08.2011 15:14 0 0 0