Pendirli kotlet - Hazırlanması - Pendirli kotletin hazırlanma qaydası
Lazım olan ərzaqlar:
500 qr qiymə ət
Bir dilim çörək
Süd
100 qr pendir
Suxarı
Zövqə görə duz istiot
Hazırlanma qaydası:
Südün içinə çörək dilimini isladırıq.Çörək yumşalannan sonra çörəyi sıxırıq.
Qiymə ətin içinə duz istiot və çörək dilimini əlavə edib, qarışdırırıq.
Pendirimizi kubik şəklində doğrayırıq.
Əti əlimizlə açırıq.
Ətin içinə doğradığımız pendiri əlavə edirik.
Bu formada əti bükürük.
Kotletimizi suxarıya batırırıq.
Kotletlərimizi orta xodda duru yağda hər iki üzünü qızardırıq.Kotletlərimizin yaninda qarnir kimi kartof pürəsi və ya qaynadılmış düyü ilə servis edə bilərsiniz.