Ötən həftəsonu model, ANS telekanalında "Marş" hərbi-vətənpərvərlik verilişinin aparıcısı Gita İsmayılqızı yol qəzasına uğrayıb. Bu barədə məlumatı Trend Life-yə zərərçəkənin özü verib.
Gita İsmayılqızının sözlərinə görə, qəza Mərdəkan-Bakı yolunda baş verib. O, qəzadan yüngül xəsarətlərlə xilas olub və yüngül şok keçirib. Çünki aparıcı və model ilk dəfədir, qəzaya uğrayırmış. Həkimə müraciət edən Gita İsmayılqızı müayinədən sonra evə buraxılıb. Aparıcı hazırda ambulator müalicə keçir.