Populyar reper Hüseyn Dərya "Space" telekanalının "Olduğu kimi" verilişində etiraflar edib.
"Bizdə o qədər istedadsız müğənni var ki, insanlar başqa ifaçılara da onlar təki baxırlar. Bir sözlə, təlxəklərə baxan kimi. Əgər şou-biznesdə ancaq zərbələr alacağımı bilsəydim, səhnəyə çıxmazdım. Gözəl həyatımı korladım. Şou-biznesin bir hissəsinə çevriləndən sonra ailəmi də, xətir-hörməti də itirdim. Kiminlə bir yerdə səhnəyə çıxdığımı görəndə özümü pis hiss edirəm", - Hüseyn Dərya söyləyib.
Milli.Az xəbər portalı Day.Az-a istinadən bildirir ki, əgər hər şey onun əlində olsaydı, səhnədə cəmi bir neçə ifaçını saxlayardı...