Kompüter gözlərinizi yorur?

Son güncelleme: 16.09.2011 12:02
  • Kompyuterin gözlerinize ziyanı - Kompyuterin sağlamlığa zereri
    noimage

    Kompüterdən daha çox istifadə zamanı, demək olar ki, əksəriyyətimiz göz yorğunluğu problemindən əziyyət çəkirik. Bu yorğunluq gözlərdə ağrı, gərginlik, qaşınma, quruluq, qızartı, cüt görmə, uzun müddət ekrana baxdıqdan sonra uzaq görmədə bulanıqlıq, baş ağrısı və peysər ağrısı ilə müşayiət olunur. Hətta bəzi insanlarda işığa qarşı həssaslıq və rəngləri qarışıq salma da meydana gəlir. Ortaya çıxan fəsadların getdikcə ağırlaşmaması üçün vaxtında tədbir görmək lazımdır. Məsələn, davamlı kompyuter ekranına baxmaq əvəzinə, 10 dəqiqədən bir pəncərədən bayırı və ya uzaq bir mənzərəni seyr edin. İmkan varsa, müvəqqəti olaraq gözlərinizi qapayın və istirahət edin. Monitorun yerləşdiyi yer də əhəmiyyət daşıyır. Əgər xırdaşriftli yazıları uzaqdan oxuya bilmirsinizsə, yazını böyüdərək oxuyun.

    Kompyuter ekranının üst qismi göz səviyyəsində və ya göz səviyyəsindən aşağı olmalıdır. Yüksəyə yerləşdirilmiş ekran gözə zərərdir. Klaviatura ekranın qarşısında olmalıdır. Yana yerləşdirilsə, gözlər tez yorular.

    Həkimin məsləhəti ilə istifadə edilən xüsusi eynəklər də göz yorğunluğunun qarşısını alır.

    Zaman
#16.09.2011 11:59 0 0 0
  • bndede bundan var verdiğin bilgler için tşkler
#16.09.2011 12:02 0 0 0