Qaranlıqdan Sevgimə Səslənirəm

Son güncelleme: 08.11.2011 16:00
  • Qaranlıqdan Sevgimə Səslənirəm Yazısı - Sevgi Sözleri - Alıntı Yazılar

    Sənə, yenə sənsiz bir gecənin qaranlıqlarından səslənirəm.

    Gecə hər zamankindən daha səssiz, dörd divar arasında bir sən, bir mən varıq bu otaqda.

    Yenə yuxu yoxdur gözlərimdə, elə bil başqa cür hüzn çökdü içimə, tamam fərqli bir hüzn.

    Sən ağladığımı hiss edirsən deyə, sən kədərlənirsən deyə, günlərdir ağlaya bilmirəm sevgilim, ağlaya bilmirəm.

    Çox təkəm, sənsizliyə dözə bilmirəm. Bu gecə icazə ver mənə sevgilim, icazə ver çox doluyam..

    Bu gecə, hıçqıraraq ağlamaq istəyirəm!

    Bu gecə yanıma gəl! Sənə çox ehtiyacım var, danışmağa o qədər çox şeyim var ki!

    Amma sənə söz veriəm, üzməyəcəyəm səni yoxluğunda çəkdiyim ağrıları deyil, tökdüyüm gözyaşları deyil...

    ...təkliyimi, sənsizliyimi, səndən məhrum kimsəsizliyimi deyil, sənə olan bitməz tükənməz sevgimi izah edəcəyəm sənə.

    Ağlayanda sən mənim qollarımda, mən sənin qollarında ağlayacaqdıq axı! Söz vermişdin!

    Gəl sevgilim, bu gecə yanıma gəl, çox ehtiyacım var sənə, qoxuna, istiliyinə ehtiyacım var.

    Ağlamaqdan heç utanmaram deyirdin! Sən də mənim kimi çox ağlayansan!

    Sevgimiz üçün tökdüyün gözyaşlarının hər damlasına qurban olum, görə bilmədiyim o quru gözlərinə qurban olum.


    Bu gecə tamam fərqliyəm, yenə səninlə keçən günlərə getdi ağlım. Səninlə nə gözəl günlər yaşadıq...

    Alıntı..
#08.11.2011 16:00 0 0 0