Sevgimə layiq bilimirəm

Son güncelleme: 22.03.2015 12:11
  • Buludlar ağlayır, göyə baxanda,
    Ulduzları işıq, saçan görmürəm.
    Göyləri sızladır, mənim kədərim,
    Göz yaşım sel olub, tuta bilmirəm.

    Vəfan yaman dönük, əhdin yalanmış,
    Özümdə, zərrə tək, günah görmürəm.
    Amalın çirkinmiş, niyyət saxtaymış,
    Mən səni sevgimə, layiq bilmirəm.

    Üzümə baxırsan, heç utanmadan,
    Səndə sevgimizə, inam görmürəm.
    Səni tərk edirəm, soruşsan nədən?
    Mən səni sevgimə, layiq bilmirəm..


    alıntı
#22.03.2015 12:11 0 0 0