Berlinsayağı ciyər qovurması

Son güncelleme: 19.12.2011 13:36
  • Berlinsayağı ciyər qovurması terifi ve terkibi - Berlinsayağı ciyər qovurmasının hazırlanması

    noimage

    İnqradientlər:

    600 q qaraciyər
    3 baş soğan
    2 alma
    1/2 st. un
    1/3 st. bitki yağı
    duz
    qara istiot

    Əvvəlcə qaraciyəri yuyub-təmizləyin, üstünün pərdəsini təmizləyin, damarları çıxarın. Sonra doğrayın. Unun yarısını qara istiot və duzla qarışdırın. Ciyərləri bu qarışığa batırın. Yağın yarısını tavaya töküb qızdırın, ciyərləri təxminən 8 dəqiqə o üz-bu üz qızardın. Sonra bunları qızdırılmış bir qaba yığıb isti yerə qoyun. Baş soğanı nazik həlqələr şəklində doğrayın. Almaları yuyub qabığını təmizləyin, cecəsini çıxarıb dilimləyin. Alma dilimlərini qalan yağda qızardın. Sonra bunları tavadan götürüb bir qaba yığın. Yağı atmayın. Soğanı yerdə qalan una batırıb elə həmin tavada, həmin yağda qızılı rəng alana qədər qızardın. Süfrəyə verərkən boşqabları isidin, əvvəlcə ciyərləri, sonra alma dilimlərilə soğanları düzün. Yanında kartof qızartması və tərəvəz verə bilərsiniz.

    Nuş olsun!
#19.12.2011 13:36 0 0 0