Qarabağ haqqında zəngin bazaya malik sayt təqdim olunub.
Lent.az-ın məlumatına görə, yeni təqdim olunan “www.garabagh.net” saytı 40 bölmə, 200 linkdən ibarətdir.
Bölmələrdə Qarabağ tarixi, tarixi müqavilələr, Qarabağın inzibati bölgüsü, coğrafiyası, sosial inkişafı, mədəniyyəti, mətbəxi, ziyalıları, Qarabağ münaqişəsi, onun fəsadları, Xocalı soyqırımı, münaqişə ilə bağlı dövlət qayğısı və dövlət siyasəti, prezidentin Qarabağ münaqişəsi ilə bağlı çıxışları, münaqişənin beynəlxalq təşkilatlarda çözümü, Qarabağ icması və digər bölmələr haqqında məlumatlar, foto və videolar yer alıb. Saytda yalnız Qarabağ haqqında deyil, həmçinin Azərbaycan tarixi, coğrafiyası , eləcə də mədəniyyəti, dövlət siyasəti, milli qəhrəmanları haqqında geniş məlumat yer alıb.
Layihə “abduyev.com” saytının kollektivi tərəfindən həyata keçirilib.