Xvorost - Kartoflu xvorost - Kartoflu xvorost terifi ve terkibi - Kartoflu xvorostun hazırlanması
Tərkibi:
6 kartof
3 x.q. un
2 yumurta
duz
fritür üçün bitki yağı
Kartofu təmizləyib suda bişirin, püre hazırlayın. Duz vurun. Yumurtanın ağı ilə sarısını ayırın. Ağını köpüklənənədək çalın. Pürenin içinə həm yumurta sarısını, həm də çalınmış ağını əlavə edin, tədricən un səpə-səpə xəmir yoğurun.
Üstünə un səpilmiş lövhənin üstündə xəmiri nazik yayın. Romb şəklində doğrayın, hər rombun ortasında bıçaqla uzununa yarıq qoyun.
Hər rombun bir tərəfini bu yarıqdan keçirib çevirin. Hər iki əlinizlə rombu iki tərəfdən tutaraq azca dartın. Qaynar yağda qızılı rəng alanadək qızardın. Üstünə duz və istiot səpin. Üyüdülmüş çili, qırmızı istiot, zirə qarışığını da səpə bilərsiniz.