Yaxşı Cazibə”nin finalına kütləvi etiraz

Son güncelleme: 18.06.2012 16:20
  • noimage

    Bir neçə ildir Türkiyınin ATV-telekanalında yayımlanan Yaxşı Cazibə serialı sona çatıb. Lakin serialın final bölümü indiyə qədərki sujet xəttinin tamamilə əksinə cərəyan edib.

    Lent.az-ın məlumatına görə, filmin ssenari müəllifi Gani Müjden seriala gözlənilməz yekun vurub. Belə ki, serial boyu namuslu, evcanlı, sevdiyi insan üçün fədakarlıq edən obnraz kimi təqdim olunan Cazibə finalda pul üçün kişilərlə evlənib, onları aldadan bir qadın kimi təqdim olunur.

    Türkiyə mətbuatının yazdığına görə, filmin baş rol ifaçısı Aslıhan Gündüz bundan sonra filmdə çəkilməmək qərarına gəlib. Buna görə də, ssenarist aktrisadan “intiqam almaq” istəyib.

    Filmin rejissoru Ali Gündoğlu bunu belə izah edib: “Biz filmin finalını yanvar ayında çəkməyə qərar vermişdik. Serialın bitməsi Cazibə ilə əlaqəli deyil. Əgər filmi davam etdirmək istəsək, başqa aktrisa ilə çalışa bilərdik. Həm bu cür layihələr sadəcə aktyor yox, rejissor işidir”.

    Türkiyə mətbuatı yazır ki, Azərbaycanda böyük auditoriyası olan filmin bu cür başa çatması azərbaycanlıların və türkiyəlilərin qəzəbinə səbəb olub. İzəyicilər sosial şəbəkələrdə filmin çəkiliş heyətinə kəskin etiraz ediblər: “Azərbaycanlı qadınlar namusludurlar, Azərbaycan-Türkiyəyə qardaş deyirdiniz, harda qaldı sizin qardaşlığınız, maddiyatın başladığı yerdə qardaşlıq bitir ” kimi ittihamlar səslındiriblər. Azərbaycanlı izləyicilər də öz səhifələrində bu cür sonluğa görə, filmin yaradıcı heyətini qınayan statuslar yazıblar.

    Jalə
#18.06.2012 15:37 0 0 0
  • Gorunur bezen heqiqeten pula gore meneviyyat itir,insana ne edirse onun yaxinlari edir.Qardas dediklerimizde bele etdikden sonra basqalarindan ne gozleyek ki?
#18.06.2012 16:20 0 0 0