6 nəfərlik Bişmə müddəti 15 dəqiqə
İçindəkilər:
3 ədəd kabaçok
5-6 ədəd təzə, yaşıl soğan
2-3 uzun bibər
yarım dəstə cəfəri
yarım dəstə şüyüd
3 yumurta
3-4 yemək qaşığı un
Duz
qara bibər
qızartmaq üçün bir stəkan duru yağ
Kabaçok Qızartması-nın hazırlanması:
Kabaçokları yuyun, qabıqlarını soyun. Xırda gözlü sürtkəcdən keçirin.
Doğranmış cəfəri, şüyüd, yaşıl soğan, duz, qara bibər, yumurta, un əlavə edib qarışdırın. Qaynar yağa qaşıq-qaşıq qoyub hər iki tərəfini qızardın.
Bişən kabaçokları kağız salfet üzərinə çıxardın ki, yağını kağız salfet çəksin. Sonra da servis tabağına alıb servis edin.