Həkim mesleheti - Həkim modabaz qızlara xəbərdarlıq etdi
Geyim rahat, praktik və keyfiyyətli olmalıdır. bu barədə "Эхо" qəzetinə açıqlamasında həkim Afət Mirzəyeva bildirib.
Geyim seçərkən ilk növbədə, onun hansı parçadan tikilməsinə diqqət etmək lazımdır. Təbii parçadan paltar geyinmək lazımdır. Misal üçün pambıq parçalar heç bir allergiya yaratmr. İndi bizim mağazalarımızı "bəzəyən" sintetik parçalar isə allergiya yarada bilər. Ürək-damar sistemi xəstəliyindən, bronxial astmadan əziyyət çəkən adamların sintetik materialdan paltar geyinməsi məsləhət görülmür", - o əlavə edib.
Onun sözlərinə görə, bir çox qadınlar hündür dabanlı ayaqqabılar geyinməyə üstünlük verirlər, hesab edirlər ki, bu ayaqqabı onları daha gözəl göstərir.
"Unutmaq olmaz ki, gün ərzində hündür dabanlı ayaqqabı geyinmək yastıdabanlığa, damar genişlənməsinə, onurğanın yüklənməsinə səbəb olur. Həmişə hündür dabanlı ayaqqabı geyinən qadınlarda osteoartrit xəstəliyi yaranır", - həkim A.Mirzəyeva vurğulayıb.
Bundan başqa, Greenpeace təşkilatının araşdırmalarında dünyaca tanınmış 15 paltar brendinin məhsullarında zəhərli maddələr aşkarlanıb.