Ətli-göbələkli vatruşka

Son güncelleme: 30.11.2012 11:33
  • Ətli-göbələkli vatruşka - Ətli-göbələkli vatruşka terifi

    Tərkibi:

    1-1,3 kq qiymə
    2 baş soğan (qiymənin içinə)
    4 diş sarımsaq (qiymənin içinə)
    göyərti (qiymənin içinə) - zövqə görə
    2 baş soğan
    2-3 x.q. 15%-li xama
    5-7 x.q. 2,5%-li qatıq
    500 q şampinyon
    50-80 q pendir (istənilən növ əriyən pendir)
    duz, istiot - zövqə görə
    1,5 ç.q. zeytun yağı

    Soğanı kubik doğrayıb qaynar yağda qovurun. Göbələyi təmizləyib, doğrayıb soğana əlavə edin. Qovrulandan sonra göbələyin içinə qatıq və xamanı əlavə edib 5-7 dəqiqə bişirin.

    Qiyməni xırda doğranmış soğan, sarımsaq və göyərti, duz-istiotla qarışdırın, əlinizdə 60-70 q-lıq küftələr tutun. Siniyə düzün, ortalarında dərin çala açın. Qovrulmuş göbələyi küftələrin içinə doldurun (hər küftəyə təxminən 1 x.q.). Hər vatruşkanın üstünə pendir dilimi qoyun, yaxud sürtgəcdən keçirilmiş pendir səpin.
    180-200 dərəcə qızdırılmış sobada 50-60 dəqiqə bişirin.

    Süfrəyə vineqret salatı ilə verə bilərsiniz.

    nuş olsun
#30.11.2012 11:33 0 0 0