Tariximizdə bu gün - 11 Fevral

Son güncelleme: 11.02.2013 19:03
  • Bu günün tarixi - tarixin bu günü

    noimage

    1829. Rus səfiri Aleksandr Qriboyedov Tehranda qətlə yetirilib

    1847. Amerikalı fizik Tomas Edison anadan olub. O, 2000-ə yaxın patentin sahib olub

    1873. İspaniyada Birinci Respublika bərqərar olub

    1914. Xalq artisti Rəmziyyə Veysəlova anadan olub

    1920. Bakı Fəhlə klubunun binasında qeyri-leqal şəkildə Azərbaycan kommunistlərinin birinci qurultayı başlayıb. Qurultayda 120-dən çox adam iştirak edib

    1920. Fətəli xan Xoyski Rusiyanın xarici işlər naziri Çiçerinə ikinci cavab notasında Azərbaycanın müstəqilliyinin de-fakto tanınması barədə məlumat verib

    1921. Bakıda əməkçi qadınların I Qurultayı başa çatıb

    1935. Zərbəçi kolxozçuların II Ümumittifaq qurultayı başlayıb. Kənd təsərrüfatı artelinin nümunəvi nizamnaməsi qəbul edilib

    1936. SSRİ yeyinti komissarı A.Mikoyan Gəncə yağ-piy kombinatına teleqram göndərərək “Staxanov dekadası”na başlamağı tələb edib

    1943. Stalin sovet atom bombasının hazırlanması barədə göstəriş verib

    1945. Stalin, Ruzvelt və Çörçilin iştirak etdiyi Yalta konfransı başa çatıb

    1948. Sovet kinorejissoru Sergey Eyzenşteyn vəfat edib

    1953. SSRİ İsrail ilə diplomatik əlaqələri kəsib

    1959. Kiprin yunan və türk toplumları arasında Sürix sazişi imzalanıb. Sazişlə adadakı hər iki xalq Türkiyə, Yunanıstan və İngiltərənin zəmanəti altında Kipr Respublikası qurmaq hüququ əldə edib

    1979. İranın sonuncu baş naziri Şapur Bəxtiyar Fransaya qaçıb. İranda İslam İnqilabı tam qələbə çalıb

    1981. Aktyor Möhsün Sənani vəfat edib

    1984. Yevlax-Balakən dəmir yol xətti istifadəyə verilib

    1990. Afrika Milli Konqresinin lideri Nelson Mandela 27 il sonra həbsdən azad edilib. O, həbsxanada ən çox gün keçirmiş siyasi məhbus hesab edilir

    1992. Azərbaycan Respublikası İspaniya ilə diplomatik əlaqələr qurub

    2000. Azərbaycan Respublikası Surinam ilə diplomatik əlaqələr qurub

    2005. Astronomlar tarixdə ilk dəfə doğma Qalaktikadan ayrılaraq, qalaktikalararası fəzaya uçan ulduz aşkar ediblər

    2006. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Parisdə Rambuye sarayında ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan Prezidenti Robert Koçaryanla görüşüb

    2009. Hərbi hava qüvvələri və HHM qoşunları komandanı general Rail Rzayev qətlə yetirilib. Prezident İlham Əliyev Küveytə səfərini yarımçıq qoyaraq vətənə dönüb

    2010. Londonda yaşayan azərbaycanlılar Ermənistan prezidenti Serj Sarisyanın səfərinə qarşı etiraz aksiyası keçirib
    2011. İraqın Samirə şəhərində azərbaycanlı zəvvarlara hücum edən Əl Qaidə üzvləri saxlanılıb.
#11.02.2013 19:03 0 0 0