Noxudlu-limonlu şorba

Son güncelleme: 18.02.2013 01:08
  • Noxudlu-limonlu şorba terifi ve terkibi - Noxudlu-limonlu şorbanın hazırlanması

    Tərkibi:

    350 q noxud
    1 iri baş soğan
    150 ml zeytun yağı (yaxud başqa bitki yağı)
    2 x.q. un
    cəfəri
    0,5 limon
    duz
    istiot

    Noxudu gecədən suda isladın.

    Səhəri gün suyu süzün, noxudu bir neçə dəfə soyuq axar suyun altında yuyun. Aşsüzənə qoyub azca qurudun. Soğanı xırda doğrayıb dərin tavada zeytun yağında qızılı rəng alanadək qovurun. Noxudu əlavə edin, birlikdə bir neçə dəqiqə qovurun, qoz iyi gələndə ocaqdan götürün.

    Noxudu qazana tökün, üstünə 2 barmaq çıxana qədər su tökün, qaynara düşəndə qazanın qapağını örtün, vam odda 1-1,2 saat bişirin (noxud yumşalanadək).

    Bişənə yaxın limonun yarısının şirəsini sıxın (bütöv limondan da istifadə etmək olar), 2 x.q. unla eynicinsli kütlə alınanadək qarışdırın.

    Noxudun bir hissəsini qazandan çıxarın, blenderdən keçirin, qazana qaytarın, unlu limon şirəsini qarışdıraraq əlavə edin, doğranmış cəfəri səpin, daha 5 dəqiqə bişirin, şorbanı ocaqdan götürün.

    Nuş olsun..
#18.02.2013 00:56 0 0 0
  • Nuş olsun:)
#18.02.2013 01:04 0 0 0
  • Telşekkür canım..sanada nuş olsun..:)
#18.02.2013 01:08 0 0 0