Kartoflu qabaq dolması terifi ve terkibi - Kartoflu qabaq dolmasının hazırlanması
Tərkibi:
1 qabaq
3-4 kartof
200 q toyuq qiyməsi
1 x.q. un
1 soğan
1 ədəd əridilmiş pendir kubiki
duz
istiot
1 yumurta
bitki yağı
mayonez
Kartofu təmizləyin, yuyun, sürtgəcdən keçirin.
Un, yumurta, duz, istiot, qiymə əlavə edin, qarışdırın.
Soğanı xırda doğrayıb bitki yağında qovurun. Qiyməyə əlavə edin.
Qabağı 4-5 sm hündürlükdə «stəkanlar»a doğrayın. Dibini saxlamaqla içini oyub çıxarın. Kartoflu-qiyməli içi qabağın içinə doldurun. Siniyə yığın. Üstünə əridilmiş pendir dilimi qoyun. Mayonez çəkin.
185 dərəcə qızdırılmış sobada 1,5 saat bişirin.