Dişləri ağartma üsulları

Son güncelleme: 26.02.2013 05:34

  • Dişlər - Dişləri ağartma üsulları nelerdir?

    Dişin rəngi insanlara irsən keçir, bəzi hallarda da bu insanın dişinə qulluğundan asılı olur. Əgər hər hansı bir mütəxəssislə məsləhətləşmək istəmirsinizsə, dişlərinizi bitki mənşəli müalicə üsulu ilə ağarda bilərsiniz.

    1 çay qaşığı karbonat, yarım limonun suyu və 2 damcı zeytun yağını bir qabda qarışdırın və diş fırçasına sürtüb dişlərinizi fırçalayın. Dişlərinizin ağarmasında bu üsul sizə köməkçi olacaq. Bundan əlavə olaraq daha ağ dişlər üçün hər gün dişlərinizi fırçalayın, bu işə tənbəl yanaşmayın.

    İnsanların dişlərinin rəngi də bədənlərin rəngi kimi fərqli olur. Elə insanlar var ki, anadangəlmə ağ dişlərə sahib olur. Elə insanlar da var ki, dişləri daha tünd rəngdə olur. Bu isə ananın hamilə olarkən istifadə etdiyi antibiotiklərdən asılı ola bilər. Antibiotiklər dişlərin tündləşməsinə səbəb olur.

    Sulardakı flor sıxlığı da dişlərin rənginin tündləşməsinə səbəb olur. Diş ağartmağa başlamamışdan əvvəl ağız müayinəsi etdirmək lazımdır. Dişlərdə olan çürükləri, plombları və çatları aşkarlamaq lazımdır. Dişləri fırçalayan zaman plombların rəngi dəyişməz qalır, buna görə də plomblar diş rəngilə uyğunlaşmaya bilər.

    Ağardıcılardan (diş pastaları) istifadə etməmişdən əvvəl həkimlə məslətəhləşin və hansıların dişinizin ağarmasına kömək olacağına əmin olun.

    Gözəl və parlaq təbəssüm üçün, dişlərinizi qoruyun...

    Alıntı..
#26.02.2013 05:34 0 0 0