Mövqelərimiz atəşə tutulub

Son güncelleme: 05.08.2013 07:56
  • Xeberler - Sosial xeberler

    noimage

    Cəbhədə vəziyyət gərgin olaraq qalır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,aerməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Aygedzor və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Tərtər rayonunun Qızıl Oba, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

    Düşmən cavab atəşi ilə susdurulub.
#05.08.2013 07:56 0 0 0