Kompüter əsrinin raxit övladları

Son güncelleme: 27.11.2013 01:40
  • hərəkətsiz halda kompyüter arxasında oturmaqEgər bu sətirləri oxuyursunuzsa, demək siz də kompüter arxasında olan çoxsaylı insanlardan birisiz. Bəzən elə olur ki, 3-4 saat hərəkətsiz halda kompyüter arxasında oturub gözlərimizi ekrana zilləyirik. Ya yazırıq, ya da oxuyuruq. Günün sonunda gözlərimiz ağrıyır, göynəyir. Ağrılar sutkalarla bizdən əl çəkmir. Xüsusilə də, jurnalistlər, proqramistlər, dizaynerlər tez-tez göz ağrılarından əziyyət çəkirlər.
    Göz əzələlərinin gərginliyi – baxışın uzunmüddətli monitora fiksasiyası nəticəsində əmələ gəlir. Əzələ və oynaqların atrofiyası- boyun, bel nahiyəsində ağrı, ruh düşkünlüyü, taqətsizlik, yuxudan ayılmağın çətinləşməsi kompyüterin insan orqanizmində yaratdığı fəsadların nəticəsidir.

    Bu günlərdə xəbər portallarından birində oxuduğum "Kompüter əsrinin raxit övladları" xəbərində də deyilirdi: British Medical Journal yazır ki, ıxəstəlik D vitamininin xroniki çatışmazlığı üzündən yaranır və sümüklərin deformasiyasına gətirib çıxarır. «Hələ XIX əsrdə bu xəstəlik dünya əhalisinin bəzi təbəqələrində son dərəcə yoxsulluq üzündən yaranırdı», - deyə alimlər xatırladır: «Onu normal qidalanma və günəş şüalarını qəbul etməklə müalicə edirdilər».

    «İndi isə uşaqlar təmiz hava qəbul etmək əvəzinə, daim evdə oturaraq kompüter oyunları oynayırlar. Araşdırmalar göstərir ki, britaniyalıların təxminən yarısında D vitamini çatışmır. Onların hər altı nəfərindən birində ürək-damar sistemində problemlər, ikinci dərəcəli diabet, xərçəng xəstəliyi və sümüklərin yumşalması qeydə alınır», - deyə araşdırma müəllifləri bildirir.

    Komputerin fəsadlarına qarşısını qismən almaq üçün bəs nə etmək lazımdır? Bununla bağlı Tibb elmləri namizədi Sədaqət Rüstəmovaya müraciət etdim. O, "Kompüter ilə iş zamanı öz iş yerinizi necə düzgün təşkil etmək olar?" sualına bu məsləhətləri verdi:

    1) İş zamanı hər 1 saatdan bir 15-dəqiqəlik fasilə edin. Bu, beyninizi kiçik istirahət ilə təmin edəcək və sonrakı iş üçün onun ehtiyatlarını qorumağa imkan yaradacaq.

    2) İş üçün özünüzə erqonomik (ortopedik) kreslo seçin. Kreslo oturacağının hündürlüyü elə olmalıdır ki, klaviatura üzərinə qoyulmuş əllər üfüqi vəziyyət alsın. Kreslonun mütləq dirsəkaltlığı və başaltlığı olmalıdır. Bundan başqa, kreslonun parametrlərini məhz sizin bədən ölçülərinizə görə tənzimləmək imkanları olmalıdır (boy, bədən quruluşu və s.). ayaqlar xüsusi dirəyə, yaxud, döşəməyə dayaqlanmalıdır. Mütləq kreslo oturacağına xüsusi masajorlar qoymaq lazımdır (çötkəni xatırladır) bu, kiçik çanaq orqanlarının qan təchizatını yaxşılaşdırır.

    3) Gözlər üçün mümkün qədər çox xüsusi hərəkətlər edin.

    4) Monitor (onun yuxarı səviyyəsi) göz səviyyəsindən bir qədər aşağı yerləşməli, monitorun aşağı hissəsi isə işləyənə görə kiçik bucaq altında əyilmiş vəziyyətdə olmalıdır (yəni, daha yaxın). Bu, müşahidə oxunun optimal əyilmə səviyyəsini və gözlərin daha az yorulmasını təmin edir.

    Kompüter ilə təhlükəsiz iş üzrə sadə hərəkətlərin yerinə yetirilməsinin əsaslandırılması bu hərəkətlərin zəruriyyətini anlamağa kömək edir.

    Aynur Qurbanqızı (Azadqadin)

    alıntı
#27.11.2013 01:40 0 0 0