Yay kotleti

Son güncelleme: 04.06.2014 11:00


  • Tərkibi:
    50 qr.qoyun əti
    50 qr. mal əti
    1 ədəd badımcan
    1 ədəd pomidor
    1 ədəd bibər
    100 qr. holland pendiri
    100 qr.qoz
    1 ədəd baş soğan
    Cəfəri, rehyan, duz-istiot zövqə görə

    Hazırlanması:
    Tərəvəzlər sobada kabab şəklində bişirilir, qabıqları soyulur, xırda-xırda doğranılır. Ət soğan çəkilir, üzərinə duz-istiot əlavə olunur, qarışdırılır, küftə formasına salınır və əvvəlcədən hazırladığımız qarışıq içinə doldurulur. Üzərinə sürtkəcdən keçirilmiş holland pendiri səpilir və 200 dərəcədə 15 dəqiqə bişirilir.
#04.06.2014 11:00 0 0 0