Sarma plov

Son güncelleme: 17.08.2014 20:54
  • Lazım olan ərzaqlar:

    Düyü
    Toyuq əti
    Yuxa
    Zoğal
    Şüyüd

    Hazırlanması:

    Əvvəlcə düyü dəmlənir. Toyuq bişirilir və didilir. Sonra soğan bir tavada yaxşıca qovrulur və üzərinə didilmiş file və doğranmış zoğal əlavə edilir və hamısı tavada bir neçə dəqiqə qalır (vam xodda).

    Yuxanı götürüb üzərinə yumurta çəkirik və onun üstünə dəmlədiyimiz düyünü əlavə edirik (yuxanın qıraqlarına heç nə vurmuruq, çünki sonda bükəcəyik).

    Doğranmış şüyüdü və tavada hazır olan fileli qarışığı yuxanın üzərinə tökürük və əlimizlə hər tərəfinə yayırıq. Rulet kimi büküb, üzərinə doğranmış qoz əlavə edirik və 160 dərəcəli sobaya qoyuruq. Hazır olduqdan sonra üzərinə zoğal sousu əlavə edirik.

    Nuş olsun.

    alıntı
#17.08.2014 20:54 0 0 0