İnsanlığın ilk dini hansı dindir?

Son güncelleme: 03.09.2014 23:34
  • İnsanlığın ilk dini ilk insan və ilk Peyğəmbər Hz. Adəm (ə) göndərilən və Allahın bir olduğu inancına söykənən Tövhid dinidir. Allahın göndərdiyi bütün peyğımbərlər tarixboyu Onun tövhidini yaymağa və təbliğ etməyə çalışmışlar.

    Elm və din
    Elm maddə aləminin, həyatın və xüsusilə insanın necə var olduğunu araşdırar, bu aləmdə cərəyan edən İlahi qanunları tapıb çıxarar. Bu qanunlar sayəsində insanlığın texnika və mədəniyyətdə daha çox irəliləməsinə imkan hazırlayar. Din isə kainatın və maddə aləminin nə üçün yaradıldığını və yaradıcısının kim olduğunu ortaya qoyar. Xüsusilə insanın varlıqlar içindəki müstəsna mövqeyini, yaradılış məqsədini və bu dünyadakı vəzifəsinin mahiyyətini ifadə edər.

    Bu halda elm ilə din üçün varlıq aləminin sirr və müəmma qutularını açan iki açardır deyilə bilər. Biri varlıqların yaradılış şəklini, maddi mahiyyətini ortaya qoyarkən digəri də yaradılış səbəbini və məqsədini açıqlamaqdadır. Bu baxımdan ortada bir-birləri ilə zidd düşən bir vəziyyət yoxdur. Əksinə din ilə elm bir-birini tamamlayır.

    Elm irəlilədikcə dini görüşlərin zəiflədiyini düşünənlər yanılırlar. Əksinə, elmin irəliyə doğru atdığı hər addım, hər yeni görüş, düşünən insanlığı dini əqidələrə biraz daha yaxınlaşdırmış və Allahın böyüklüyünü bir az daha yaxından göstərmişdir.

    Belə ki, kainatda mövcud qüsursuz bir nizamın söykəndiyi qanunların kəşfindən və bu qanunlardan istifadə yollarının araşdırılmasından ibarət olan elmlər bu möhtəşəm nizamı quran və işlədən Allahın varlığına ən qüvvətli şahidlərdir. O uca Yaradanın varlığını, bənzərsiz qüdrətini inkar etmək ancaq gözlə görülən mövcud nizamı inkar etməklə mümkün olar. Nizamın inkarı halında isə ortada elm qalmaz.

    Digər tərəfdən elmlər Allahın yaratdığı varlıqlar aləmini araşdırdıqlarından, yaradılışdakı möcüzələri incə hesab və ölçüləri ortaya qoymaqda və varlıqlar üzərində təcəlli edən İlahi ad və sifətləri meydana çıxarmaqdadırlar. Bu baxımdan elmlərin Allahın adlarına ayna olduqlarını və hər bir elmin Allahın bir adına söykəndiyini və həqiqətini o addan aldığını söyləyə bilərik.

    alıntı
#03.09.2014 23:34 0 0 0