Pərvanə Peçenyesi

Son güncelleme: 21.10.2014 20:59
  • vəsaitlər:
    125 qram otaq istiliyində kərə yağı / marqarin
    1 yemək qaşığı duru yağ
    1 yemək qaşığı qatıq
    1 ədəd yumurta
    1 su stəkanı pudra şəkəri
    1 paket vanil
    1 paket qabartma tozu
    1,5 yemək qaşığı kakao
    1 çırtma duz
    Aldığı qədər un

    Hazırlanması:

    Bütün maye vəsaitləri dərin bir qaba alıb qarışdıraraq yaxşıca bir-birinə yedirin.
    Daha sonra un , qabartma tozu , vanil və bir çırtma duzu ələyərək yoğurun.
    Peçenye xəmiri konsistensiyasına yaxınlaşdığında ikiyə ayırın
    Az-az un əlavə etməyə davam edib sadə peçenye xəmirini edin.
    Digərinə kakao əlavə edib yoğurun.
    Yumru formada yayın
    Xəmirləri stəkanla dairəvi kəsin.
    Bir kakaolu , bir sadə olaraq dörd dənəsini arxa arxaya düzün .

    Rulo şəklində sarıyın və ortasından bıçaqla kəsin.

    Peçenyeləri yağlı kağızlı nimçəyə düzün və əvvəldən isidilmiş 180 dərəcə sobada bişirin.
#21.10.2014 20:59 0 0 0