Həyatınızı asanlaşdıracaq məlumatlar

Son güncelleme: 19.11.2014 00:09
  • Lazımsız kimi görünən bəzi məlumatlar vaxt gələr bizi elə bir çətinlikdən qurtarar ki, bunu niyə əvvəl düşünmədik deyə özümüzü günahlandırarıq. Bu ən önəmli məlumatlar hansılarıdır, tanış olaq.


    Gözlüyünüzün vinti (şurupu) tez-tez çıxır?

    Əgər cavabınız bəlidirsə, gözlük vintini taxmazdan əvvəl vintin girəcəyi yerə dırnaq boyası damladın. Bu problemlə daha üzləşməyəcəksiniz.


    Ayaqqabı ayağınızı sıxır.

    Bir ayaqqabını çox bəyəndiniz və bir az sıxdığı halda aldınız. Elə isə narahat olmayın, yeni ayaqqabınızı bir neçə dəqiqə buxara tutun. Artıq rahatlıqla geyinə bilərsiniz.


    Qayçınız artıq kəsmir?

    Etməniz lazım olan tək şey qayçınızla sumbata kağızı kəsməkdir.


    Xalçadakı siqaret izləri

    Xalçanızda siqaret yanıqları var və siz xalçanızı çox sevirsiniz, sevdiyiniz xalçanı da atmaq istəməzsiniz. Yanıq yerlərə sumbata kağızı ilə dairə şəkilində hərkətlər edərək yanığın çəkilməsinə müvəffəq olacaqsınız.

    Mebellərin yerini dəyişdikdə xalçaların üzərində iz buraxır.

    Bu izləri aparmaq üçün izlərin üzərinə bir parça buz qoyun və əriməsini gözləyin. Daha sonra üzərinə tozsoran gəzdirin. İzdən bir əsər qalmadığının özünüz şahidi olacaqsınız.


    Bir-birinə yapışan stəkanlar

    Üst-üstə qoyduğunuz stəkanlar bir-birinə yapışaraq çıxmırsa, dərin bir qaba yığın. Ən üstdəkinə buz qoyun. Qaba yavaş-yavaş isti su tökün. Stəkanlar bir-birindən asanlıqla ayrılacaqdır.

    Etiketlər

    Aldığınız plastik və şüşə əşyaların üzərinə yapışdırılan etiketlərdən xilas olmaq üçün etiketin üzərinə marqarin sürtün və 15 dəqiqə gözləyin. Bir parça ilə ovalayıb yuyun. Üzərində heç bir ləkə və cızıq olmayacaqdır.


    Ütü işi

    Ütü işini asanlaşdırmaq və müddəti azaltmaq üçün ütü masası örtüyünün altına alüminium folqa qoyun. İstiliyi geriyə verdiyi üçün ütü işi daha asan olacaqdır.

    Bez başmaqların təmizlənməsi

    Bez başmaqların təmizlənməsi problem olursa, başmaqları bir yastıq örtüyünün içinə qoyun. Örtüyün ağzını bağlayın və paltar yuyanda yuyun.


    Buz

    Buz qəliblərinə su tökməzdən əvvəl hissələrə portağal, limon və istədiyiniz başqa meyvəni qoyaraq dekorativ buzlar əldə edə bilərsiniz. Şişmiş ayaqlar

    Əgər ayaqlarınız çox isinib şişirsə, onları saatlarca isti suda saxlamayın. Əksinə odekolon ilə ovxalayın. Biləkləriniz və ayaqlarınız şişməyəcəkdir.
#19.11.2014 00:09 0 0 0