Gedirəm

Son güncelleme: 18.12.2014 19:29
  • Bu qədərmiş bizimkisi gözəlim
    Burax daha indi mənim əllərim
    Kaş.yadımdan çıxsa idi gözlərin
    Çıxmlr ama, çıxarmağa yardım et
    Gözlərini al qəlbimdən,.sonra get

    Elə get ki, gedişini unudum,
    Bu sevgini yarpaqtəki qurudum.
    Sonra isə əllərimdə ovudum
    Bu sevgi də sona çatsln beləcə
    Əzab verməz bu gedişlə hər gecə..

    Ged-gedə azalar mənim dərdlərim
    Öyrəşər boşluğa mənim əllərim
    Boş ver can, quruyub mənim güllərim
    Gülləri düşünmə, çlx get ömrümdən
    Ömrümdən, günümdən hər saniyəmdən...

    Bəlkə beləcənə rahat yaşaram
    Həyatın qədrini mən anlayaram
    Ya da ki, özümü mən danlayaram
    Düşünmə bunları, çıx get yaxşısı
    Sən çəkmə mənimtək ürək ağrısı...

    Zamanla bəlkə də keçib gedəcək
    Ürək də içindən səni siləcək
    Bəllkə də ağrısız günüm keçəcək
    Keçməsə də günahkarı özüməm
    Gərək yenə birtəhərlə dözüm mən...

    Nəysə daha, nə danışıb nə deyim,
    Yəqin anlamadın mənim sözlərim
    Bağışla,kədərlidir sətirlərim
    Birazdan ağlarlar, bircə yaylıq ver
    Silsinlər, yaylığvı götür,yeri get

    alıntı
#18.12.2014 19:29 0 0 0