Əgər peşman olub dönsə məhəbbət

Son güncelleme: 17.02.2015 21:49
  • Bu ürək sevinməz, üzü gül acmaz
    Bir kimsə sevgimə verməzsə qiymət
    Könlüm qapılarını təkrarən açmaz
    Əgər peşman olub dönsə məhəbbət

    Dedi geri gəlmərəm, göstərər zaman
    Qapımı döyür o, hamıdan xəlvət
    Onsuz gəlməyinə olacaq peşman
    Əgər peşman olub dönsə məhəbbət

    Peşmanım qayıdsa zülm edərəm
    Əvvəl qaldığımtək qoyaram həsrət
    Onu qəlb ruhumun qulu edərəm
    Əgər peşman olub dönsə məhəbbət

    Uyub xəyallarla geri gələrmiş
    Düşünüb edərik biz yenə söhbət
    Məhəbbət insantək səhvlər edərmiş
    Əgər peşman olub dönsə məhəbbət


    müəllif Rəhman Əkbərov
#17.02.2015 21:49 0 0 0