Qarabağ Respublika Stadionundan imtina etdi

Son güncelleme: 25.08.2015 17:37
  • Idman xeberleri

    noimage

    UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Yanq Boys” cavab qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. Apasport.az saytının məlumatına görə, ağdamlıların baş məşqçisi Qurban Qurbanov avqustun 26-da oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında saat 17:15-də media mənsublarının önünə çıxacaq.

    “Yanq Boys”un baş məşqçisi Harald Gamperle isə saat 17:45-də jurnalistlərin suallarını cavablandıracaq. Rəqibimizin oyunqabağı son çalışması 18:15-də baş tutacaq.

    Qeyd edək ki, Qurban Qurbanovun komandası matçdan qabaqkı son məşqə oyunun keçiriləcəyi stadionda çıxmayacaq. Belə ki, “Qarabağ”n oyunöncəsi son məşqi sabah saat 19:15-də klubun Suraxanı qəsəbəsindəki bazasında baş tutacaq.

    Alinti...
#25.08.2015 17:37 0 0 0