Tarixdə bu gün - 31 avqust

Son güncelleme: 30.08.2015 02:10
  • Dünyada olan hadisələr - tarixin bu gunu



    noimage

    31 avqust. İlin sonuna 123 gün qalır.
    1873. Şimal Buzlu Okeanda Frans İosif torpağı arxipelaqı kəşf edilib
    1918. Fanni Kaplan sovet lideri Leninə uğursuz sui-qəsd həyata keçirib
    1922. Atatürkün başçılıq etdiyi türk ordusu Meydan müharibəsini (Büyük Taarruz) qazanıb. Bu tarix Türkiyədə Zəfər bayramı kimi qeyd edilir
    1933. “Air France” şirkəti təsis edilib
    1938. Amerikan iş adamı kosmetologiya sənayesinin banisi Maks Faktor vəfat edib
    1942. Azərbaycanlıların üstünlük təşkil etdiyi 416-cı atıcı diviziya “Taqanroq” adlandırılıb
    1944. Sovet ordusu Buxarestə daxil olub
    1981. İranın ikinci prezidenti Məhəmməd Əli Rəcai sui-qəsd nəticəsində həyatını itirib
    1990. Tatarıstan respublikası müstəqilliyini elan edib
    1991. Azərbaycan Respublikasının Ali Sovetinin növbədənkənar sessiyasında Azərbaycan xalqının iradəsini ifadə edərək “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Bəyannamə qəbul edib
    1992. Azərbaycan Respublikası Qazaxıstan ilə diplomatik əlaqələr qurub
    1995. Qazaxıstanın yeni Konstitusiyası qəbul edilib
    1995. NATO Serbiyada əməliyyatlara başlayıb.
    Günün aforizmi
    “Cənablar və ey millət. Bilin və agah olun ki, Türkiyə dərvişlər, şeyxlər və müridlər ölkəsi ola bilməz”.
    Atatürk
#30.08.2015 02:10 0 0 0