Gelincikler - Elza gəlincikləri - Yeni gelincikler
Müğənni-bəstəkar, əməkdar artist Elza Seyidcahanın prototipi olan gəlinciklər istehsal olunacaq. Bu barədə Aile.lent.az-a açıqlamasında Elza Seyidcahan özü bildirib.
Onun sözlərinə görə, Elza kuklaları Barbi kuklalarının analoqu kimi düşünülüb. Kuklaların eskizlərini dizeyner-modelyer Leyla Əhmədova hazırlayır: “Elza kuklaları müxtəlif - ağıllı, şıltaq, ərköyün, yaradıcı, işgüzar obrazlarda olacaq. Bütün məşhur kuklalardan fərqlənəcək. Ayrı-ayrı ayaqqabı geyinən, qəribə, maraqlı saç düzümləri olan kuklaların yanında piano, şer yazan masa, müxtəlif maraqlı aksessuarlar və heyvanlar da olacaq. Kuklaları kağızdan, dəmirdən geyimlərdə görəcəksiz. Bir sözlə, etdiyim bütün layihələr və imicim bu gəlinciklərin simasında öz əksini tapacaq. Ona görə də kuklalar çoxçeşidlidir. Bu ideya prodüserim Elxan Alisatova məxsusdur. Mənim taykeş ayaqqablarımdan dünya şöhrətli idmançılar, sənət adamları, Mişel Obama kimi məşhur xanım da geyinir”.
E. Seyidcahan tərbiyəvi əhəmiyyəti olan kuklaların uşaqlara böyük bir hədiyyə olacağını da əlavə etdi: “Mən sənətə gələndən heç kimin təbiyəsini pozacaq hərəkət etməmişəm. Merlin Monro neçə illərdir dünyasını dəyişib, amma bu gün də onun fikirlərindən sitatlar gətirirlər. Heç kəsə sirr deyil ki, o, insanlara tərbiyəvi nümunə olmayıb. Niyə Azərbaycanın yaxşı nümunələrini dünyaya yaymayaq?”