Kahı salatı resepti

Son güncelleme: 29.10.2015 14:10
  • Kahı salatı resepti - Kahı salatı terifi - Kahı salatı terkibi - Kahı salatı nece hazirilanir?

    noimage

    Tərkibi:
    3 ədəd orta ölçüdə kartof
    5 ədəd orta ölçüdə kök
    2 ədəd yumurta
    2 dəstə kahı
    2 ədəd xiyar
    1 dəstə keşniş
    1 dəstə şüyüd
    200 qr xama
    200 qr mayonez
    duz

    Hazırlanması:
    Kartof, kök, yumurta yuyulur, üzərinə su tökülüb qazanda qaynadılır.

    Tam bişəndə qazdan gotürülür, suyu süzülür, soyudulur.

    Kahının baş hissəsi kəsilir, yarpaqları yaxşı yuyulub qurudulur.

    Kartof, kök, yumurta soyuduqdan sonra qabığı soyulur, xırda kub şəklindı doğranılır qaba tökülür.

    Kahı, xiyar kub şəklində doğranılır qaba tökülür.

    Göyərtilər yaxşı yuyulur, xırda doğranılır qaba tökülür.

    Tərəvəzlərin üzərinə zövqə görə duz vurulub qarışdırılır.

    Başqa bir qabda xama ilə mayonez qarışdırılır.

    Tərəvəzlərə xama-mayonez qarışığı əlavə olunub qarışdırılır.

    Nuş olsun!
#29.10.2015 14:10 0 0 0