Bildirçin dolması resepti

Son güncelleme: 31.10.2015 22:16
  • Bildirçin dolması resepti - Bildirçin dolması terifi - Bildirçin dolması terkibi - Bildirçin dolması nece hazirlanir?

    noimage

    Tərkibi:

    6 orta boy bildirçın,
    1+1/2 şorba qaşığı quş üzümü,
    6 şorba qaşığı kərə yağ,
    1+1/2 şorba qaşığı dolmalıq fıstıq,
    1 böyük soğan,
    1 şirniyyat qaşığı duz,
    1/2 stəkan düyü,
    1/2 şirniyyat qaşığı istiot,
    1/2 şirniyyat qaşığı darçın,
    3+1/2 stəkan su,

    Hazırlanması:

    Əvvəlcə bildirçinləri ütələyib yuyun.
    Düyünü ayırtlayıb ilıq duzlu suda bir saat gözlədin.
    Soğanı yeməklik doğrayın.
    Fırını orta hərarətdə qızdırın.
    Quş üzümünü ayırlayıb , üstünü örtənə qədər ilıq su tökün.
    Orta boy bir tavada 2 şorba qaşığı kərə yağı orta atəşdə əridin.
    Yağ əriyər əriməz, bildirçinləri tavaya qoyub, alt-üst edərək, hər iki yanlarını 2 dəqiqə qızardın.
    Tavanı atəşdən alıb, bildirçinləri bir servis tabağına yığın.
    Orta boy bir tavaya qalan 4 şorba qaşığı kərə yağı qoyub, orta atəşdə əridin.
    Yağ əriryəndə soğanı əlavə edib , bir dəqiqə qədər qovurun.
    Soğan qızarmağa başlayınca süzəcəyiniz düyünü, eynı şəkildə də süzəcəyiniz quş üzümünü, dolmalıq fıstığı, duzu, bibəri və darçını əlavə edin.
    Tez-tez qarışdıraraq, 3-4 dəqiqə qovurun. Tavaya 1- 1/2 stəkan su qatıb, vam odda 10 dəqiqə bişirin.
    Qazanı ocaqdan alıb , ağzını örtüb , xörəyi dincə qoyun.
    Dolma içini, 15-20 dəqiqə dincə qoyun.
    Sonra , şorba qaşığı ilə bildirçinləri doldurun. Doldurulmuş bildirçinləri tavaya yerləşdirin.
    Doldurulmuş bildirçinlərin üzərinə 2 stəkan suəlavə edib , fırına verin.
    25-30 dəqiqə sonra qabı fırından alın.
    Bildirçin dolmalarını isti olaraq servis edə bilirsiniz

    Nuş olsun..

    alinti..
#31.10.2015 22:16 0 0 0